Bazar ertəsi, 19 Oktyabr, 2026
Tarix: 19 Oct 2026 14:25
Kiyev nümayəndələrinin iştirakı olmadan yekun razılığa gəlmək mümkün deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiyanın ABŞ-ın Ukraynadakı vasitəçilik səylərini yüksək qiymətləndirdiyini söyləyib.
"O ki qaldı nizamlanmaya, bilirsiz ki, amerikalılar vasitəçilik və sülh səylərini davam erdirirlər. Biz bunu yüksək qiymətləndiririk. Lakin sözsüz ki, yekun nizamlanaya Kiyevdən məsuliyyəti öz üzərimə götürəcək kiminsə iştirakı olmadan nail olmaq mümkün deyil", Kremlin sözçüsü vurğulayıb.
Fərid ƏkbərovMənbə: apa.az