Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

Bu il Azərbaycan ipək ixracından 400 min dollardan çox gəlir edib

Tarix: 19 Oct 2026 14:01

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici bazarlara 408 min dollar dəyərində ipək ixrac edilib.

“APA-Economic” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9% və ya 33.59 min dollar çoxdur. Ötən ilin müvafiq dövründə Azərbaycan 374.41 min dollar dəyərində ipək ixrac edib.

Qeyd edək ki, hesabat dövründə ölkəmizə ipək idxalı 40.2 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3% və ya 27.11 min dollar azdır.

İlahə Səlimova ipək ixrac idxal

Mənbə: apa.az

Xəbər Lenti