Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Tarix: 15 Jun 2026 11:08

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib.

"APA-Economics" xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyaya çatıb. Spot qızılın qiyməti isə 86,74 dollar və ya 2,06% yüksələrək 4 306,07 dollar/unsiya olub.

Gümüşün iyul fyuçersləri 2,23 dollar və ya 3,27% yüksələrək 70,20 dollar/unsiyaya çatıb.

Sənaye metalları arasında misin sentyabr fyuçersləri 8,3 sent və ya 1,28% bahalaşaraq 658,95 sent/funt təşkil edib.

Platinin spot qiyməti də 41,66 dollar və ya 2,42% artaraq 1 762,4 dollar/unsiyaya yüksəlib.

Bazar iştirakçıları qiymətli metallara tələbin artmasını geosiyasi risklər və investorların təhlükəsiz aktivlərə marağının güclənməsi ilə əlaqələndirirlər.

Rahim Tarıverdiyev Qızıl birja gümüş platin mis

Mənbə: apa.az

Xəbər Lenti