Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 26 Oct 2026 08:30

Həftəyə yeni başlayan Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslər fərqli istiqamətlərdə dəyişir.

“APA-Economics” xəbər verir ki, Yaponiyanın “Nikkei 225” indeksi 478,50 bənd və ya 0,76% azalaraq 62 214,66 bəndə enib. Ölkənin “TOPIX” indeksi isə 13,53 bənd və ya 0,34% artaraq 3 979,34 bəndə yüksəlib.

Honq-Konqun “Hang Seng” indeksi 110,57 bənd və ya 0,48% artaraq 23 203,94 bəndə çatıb.

Çinin “CSI 300” indeksi 21,30 bənd və ya 0,52% azalaraq 4 084,03 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 9,97 bənd və ya 0,11% artaraq 8 805,20 bənd təşkil edib.

Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə son göstərilən məlumatlara əsasən 0,05% yüksələrək 258,82 bənd olub.

Asiya bazarlarında qarışıq dinamika texnologiya sektorundakı qeyri-müəyyənlik və investorların şirkətlərin maliyyə nəticələrini gözləməsi fonunda müşahidə olunur.

Mənbə: apa.az

Xəbər Lenti