FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib

FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib

Tarix: 26 Oct 2026 04:49

Avropanın lüks məhsullar istehsal edən altı ən böyük şirkətinin ümumi bazar dəyəri 2026-cı ildə 251 milyard avro azalıb.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, azalmaya əsas səbəb Çin bazarında bahalı məhsullara tələbatın zəifləməsidir.

Söhbət səhmləri birjada satılan “Kering”, “Richemont”, “Prada”, “Moncler”, “LVMH” və “Hermès” şirkətlərindən gedir. “Kering” qrupuna “Gucci”, “Saint Laurent” və “Balenciaga” kimi məşhur brendlər daxildir.

Ən böyük itki “LVMH” və “Hermès” şirkətlərində qeydə alınıb. Onların bazar kapitallaşması müvafiq olaraq 131,6 milyard və 93,3 milyard avro azalıb.

“Financial Times” qeyd edir ki, son on ildən artıq müddətdə Çin istehlakçıları lüks məhsullar bazarının əsas inkişaf mənbələrindən biri olub.

Lakin ölkənin daşınmaz əmlak bazarında uzunmüddətli durğunluq və fond bazarındakı zəif dinamika daxili istehlaka mənfi təsir göstərib.

Məlumata əsasən, son altı ay ərzində Çində pərakəndə satışların orta aylıq artımı 0,5 faizdən aşağı olub. Bu isə 2025-ci illə müqayisədə ciddi zəifləmə deməkdir.

Avropa Çin Financial Times lüks brendlər LVMH Hermès Gucci Prada Kering Balenciaga bazar kapitallaşması iqtisadiyyat

Mənbə: apa.az

Xəbər Lenti