Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Tarix: 16 Jun 2026 09:32

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,1% azalaraq 4 347,3 ABŞ dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,45% azalaraq 69.87 ABŞ dolları təşkil edib.

Emil İsmayılov qızıl gümüş əmtəə bazarları

Mənbə: apa.az

Xəbər Lenti