Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb

Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb

Tarix: 16 Jun 2026 10:32

Bu ilin ilk rübündə Azərbaycana pul köçürmə sistemləri vasitəsilə 296,9 milyon ABŞ dolları daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 milyon dollar və ya 29,4% çoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycana ən çox pul köçürmələri Rusiyadan (110,8 milyon dollar), Türkiyədən (49,9 milyon dollar), İrlandiyadan (24,6 milyon dollar), ABŞ-dən (23,9 milyon dollar) və Birləşmiş Krallıqdan (10,5 milyon dollar) daxil olub.

S. Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 103,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon dollar və ya 7,8% azdır.

Azərbaycandan ən çox vəsait Türkiyəyə (28,2 milyon dollar), ABŞ-yə (16,2 milyon dollar), Rusiyaya (10,2 milyon dollar), Birləşmiş Krallığa (6 milyon dollar) və Gürcüstana (5,6 milyon dollar) köçürülüb.

Rahim Tarıverdiyev Azərbaycan Mərkəzi Bankı Samir Nəsirov

Mənbə: apa.az

Xəbər Lenti