İsDB: İslam maliyyəsi sənayesi ildə təxminən 20% böyüyür

İsDB: İslam maliyyəsi sənayesi ildə təxminən 20% böyüyür

Tarix: 16 Jun 2026 13:22

İnnovativ maliyyələşmə imkanlarının digər mühüm mənbəyi isə İslam maliyyəsi sənayesidir. Bu sektor hər il təxminən 20 faiz artım nümayiş etdirir ki, bu da olduqca əhəmiyyətli göstəricidir.

"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun PGARM direktoru Seyid Hüseyn Qədri Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, ICD İnstitutunun təhlillərinə əsasən, sektorun həcmi 2024-cü ilin sonuna təxminən 6 trilyon ABŞ dollarına çatıb:

"Bu rəqəmi SDG-lərə nail olmaq üçün tələb olunan 4 trilyon dollarlıq maliyyə boşluğu ilə müqayisə etdikdə görürük ki, burada böyük imkanlar mövcuddur və həmin potensialdan daha səmərəli istifadə edilməlidir. İslam maliyyəsinin bir hissəsi kimi yaşıl sukuklar və sosial sukuklar kimi innovativ alətlərə də diqqət yetirmək olar. Ümumilikdə sukuk bazarının həcmi təxminən 50 milyard ABŞ dollarıdır".

O həmçinin bildirib ki, İslam İnkişaf Bankı bu sahədə qabaqcıl rol oynayıb: "Biz 2019-cu ildə ilk Yaşıl və Sosial Sukuku bazara çıxaran ilk beynəlxalq maliyyə qurumu olmaqdan qürur duyuruq. Ötən ilin sonunda isə London Fond Birjasında 500 milyon avro həcmində Yaşıl Sukuk yerləşdirdik və emissiyaya tələb təklif olunan həcmdən beş dəfə çox oldu. Əgər bizim yaşıl sukuklarımız beş dəfə artıq tələb görürsə, bu, bazarda bu alətlərə ciddi marağın olduğunu göstərir".

İlahə Səlimova

Mənbə: apa.az

Xəbər Lenti