Cümə, 19 İyun, 2026
Tarix: 19 Jun 2026 00:09
Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub.
Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür (bacıdır).
Xəsarət alanlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Ağdam qəzaMənbə: apa.az