Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Tarix: 20 Jun 2026 10:49

Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 20.06.2026-cı il tarixində saat 05:50 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

08.46

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər, 2011-ci il təvəllüdlü A.Hüseynquliyev, 1970-ci il təvəllüdlü M.Quliyeva, 2006-cı il təvəllüdü Ş.Qurbanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına itin çıxması səbəbindən baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu Göygöl yol qəzası mikroavtobus

Mənbə: apa.az

Xəbər Lenti