İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB

İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb - YENİLƏNİB

Tarix: 22 Jun 2026 13:24

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

09.22

İsmayıllıda iki avtomobil toqquşub, bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə rayonun Uştal kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Mahmudov idarə etdiyi Ford markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Nağıyevin idarə etdiyi VAZ-2106 markalı avtomaşının toqquşub.

Hadisə nəticəsində VAZ-2106 markalı avtomaşında sərnişin qismində olan Yeganə Salmanova yerində ölüb, sürücü Elxan Nağıyev, digər sərnişinlər sərnişinlər İlham Salmanov və Şahmalı Salmanov müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə qəza İsmayıllı

Mənbə: apa.az

Xəbər Lenti