Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Tarix: 22 Jun 2026 14:06

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı Salyan yol qəza xəsarət

Mənbə: apa.az

Xəbər Lenti