Çərşənbə axşamı, 23 İyun, 2026
Tarix: 23 Jun 2026 12:11
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1992-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Xanım Məmmədova Quba piyada yol qəzası
Mənbə: apa.az