Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb

Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb

Tarix: 23 Jun 2026 20:07

İsmayıllıda bədbəxt hadisə baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Lahıc qəsəbəsində çay yatağında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Sumqayıt sakini Əyyub Əfəndiyev iş görən zaman ekskavatorun altında qalaraq ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İlham Əhmədov

Mənbə: apa.az

Xəbər Lenti