Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb

Tarix: 24 Jun 2026 09:12

Bakıda maşın 51 yaşlı kişini vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə dünən Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü Davud Nəsirovun idarə etdiyi “BYD” markalı avtomobil yolu keçmək istəyən piyada 1975-ci il təvəllüdlü Rauf Qafarovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə piyada Xəızər rayonu qəza

Mənbə: apa.az

Xəbər Lenti