Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 10:27
2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 192 029 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə APA-ya DSMF-dən məlumat verilib.
Məlumatda bildirilib ki, müraciətlərdən 76 480-i pensiya, 48 529-u müavinət, 7 305-i Prezident təqaüdü, 32 015-i ünvanlı dövlət sosial yardımı, 6 841-i fərdi uçot və sosial sığorta, 573-ü dövlət icbari şəxsi sığorta və 20 286-sı isə digər istiqamətlərlə bağlı olub.
DSMFMənbə: apa.az