Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var

Kürdəmirdə "Kamaz" aşıb, xəsarət alan var

Tarix: 24 Jun 2026 19:37

Kürdəmirdə yük maşını aşıb, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi “Kamaz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alıb.

Fakt araşdırılır.

Zahid Abışov Kamaz yük maşını Kürdəmir

Mənbə: apa.az

Xəbər Lenti