Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 10:40
Naxçıvanda 10 yaşlı uşaq fiziki qüsurlular üçün nəzərdə tutulan arabadan yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə Babək rayonunda baş verib.
Rayonun Şıxmahmud kəndində 2016-cı il təvəllüdlü R.Ə. yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılıb və baş nahiyəsindən xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Selcan Zaurqızı Naxçıvan Babək rayonu hadisə ölüm faktı
Mənbə: apa.az