Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 10:14
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.
İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan - 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Selcan Zaurqızı Bilgəh dəniz Xəzər meyit
Mənbə: apa.az