Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO

Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO

Tarix: 25 Jun 2026 16:17

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Bəşir Bünyatov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “Range Rover” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, Şıxbala Əhmədovu və sərnişin, Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi qəza xilasemə

Mənbə: apa.az

Xəbər Lenti