Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 26 Jun 2026 09:46

Qlobal fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə edilib.

“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 71,72 bənd və ya 0,14% artaraq 51 920,62 bəndə yüksəlib.

S&P 500 indeksi 0,01% azalaraq 7 357,49 bənd, Nasdaq Composite indeksi 0,46% geriləyərək 25 358,60 bənd təşkil edib. NYSE Composite indeksi isə 0,50% artaraq 23 610,72 bəndə, Kanada fond bazarında S&P/TSX Composite indeksi isə 0,33% yüksələrək 34 850,21 bəndə çatıb.

Avropa fond bazarlarında isə əsasən müsbət dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,85% artaraq 6 267,53 bəndə yüksəlib. FTSE 100 indeksi 0,65% bahalaşaraq 10 529,89 bənd, Almaniyanın DAX indeksi 1,03% artaraq 24 994,83 bənd, Fransanın CAC 40 indeksi 0,55% yüksələrək 8 431,61 bənd təşkil edib. İspaniyanın IBEX 35 indeksi isə 0,64% artaraq 19 513,60 bəndə çatıb.

Asiya-Sakit okean regionu fond bazarlarında isə əsasən mənfi dinamika müşahidə olunub. Nikkei 225 indeksi 4,40% azalaraq 69 185,45 bəndə enib. TOPIX indeksi 1,49% geriləyərək 3 956,59 bənd, Hang Seng indeksi 1,60% azalaraq 22 708,36 bənd olub. CSI 300 indeksi 2,34% enərək 4 902,59 bəndə düşüb. Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,22% artaraq 8 768,30 bəndə, MSCI AC Asia Pacific indeksi də 1,45% artaraq 278,89 bəndə yüksəlib.

İlahə Səlimova fond bazarları qlobal indeks göstəriciləri

Mənbə: apa.az

Xəbər Lenti