Cümə, 26 İyun, 2026
Tarix: 26 Jun 2026 12:09
Bu il iyunun 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 58 milyon 693 min 78 ədəd təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,07% çoxdur.
Hesabat tarixinə, bank müştərilərinin sayı isə 16 milyon 555 min 47 nəfər olub.
Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 46 milyon 13 min 502 ədədi cari hesabların, 11 milyon 872 min 829 ədədi kredit hesablarının, 806 min 747 ədədi isə depozit hesablarının payına düşüb.
İlahə Səlimova bank müştəri hesabı bank müştəriləri banklarMənbə: apa.az