FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb  - VİDEO - YENİLƏNİB

FHN: İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

Tarix: 26 Jun 2026 18:25

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:58

İsmayıllı sakini su kanalında batıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, 2003-cü il təvəllüdlü İsmayıllı rayon Qubaxəlilli kənd sakini Rəvan Məhərrəmov su kanalında çimərkən batıb.

Hazırda onun axtarışları davam etdirilir.

İlham Əhmədov

Mənbə: apa.az

Xəbər Lenti