Şənbə, 27 İyun, 2026
Tarix: 27 Jun 2026 12:08
Cəlilabadda fərdi yaşayış evi yanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev yanğın CəlilabadMənbə: apa.az