Şənbə, 27 İyun, 2026
Tarix: 27 Jun 2026 19:00
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəkinin Baş Göynük və Baş Şabalıd kəndləri arasından keçən çaya sel gəlib. Güclü sel nəticəsində çaydan keçən yol su altında qalıb və hazırda yol bağlanıb. Nəticədə Baş Şabalıd kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi kəsilib.
Cunud kəndi ilə də əlaqə kəsilib. Şəkinin Kiş kəndindən yuxarıdakı istirahət mərkəzlərinə gedən kiçik körpü də dağılmaq üzrədi.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
https://t.me/apa_az/121816Vüqar Heydərov Şəki sel
Mənbə: apa.az