Bazar, 28 İyun, 2026
Tarix: 28 Jun 2026 14:29
Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 28.06.2026-cı il tarixində saat 09:30 radələrində 5 nəfər (3 qadın, 2 kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA-nın bölgə müxbiri TƏBİB-ə xəbər verir ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
11:34
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın əldə etdiyi ilkin məlumata görə, "Mercedes" markalı mikroavtobus "Niva" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara təxliyə edilir.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbi və xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir.
Elgün GəncimsoyMənbə: apa.az