Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 08:43
Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.
Emil İsmayılov elektrik enerjisi işıq BakıMənbə: apa.az