Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 08:38
Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə "APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir.
"Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.
Emil İsmayılov Bakı qaz təchizatı Binəqədi rayonuMənbə: apa.az