Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 08:56
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,6% azalaraq 4071,9 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,66% azalaraq 58,69 ABŞ dolları təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüşMənbə: apa.az