AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb

AMB: Ani Ödənişlər Sisteminin aylıq dövriyyəsi 1 mlrd. manatı ötüb

Tarix: 29 Jun 2026 11:32

Ani Ödənişlər Sisteminin (AÖS) aylıq dövriyyəsi artıq 1 milyard manatı keçib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.

Ə. Abbasov qeyd edib ki, Mərkəzi Bank tərəfindən ani ödənişlər sisteminin inkişafı istiqamətində banklar və fintech şirkətləri ilə birgə aktiv layihələr həyata keçirilir:

"Sistem vasitəsilə müştərilər arasında köçürmələr, AzQR ödənişləri, eləcə də hökumət ödənişlərinin hesablaşmaları həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir. Azərbaycanda AzQR vasitəsilə həyata keçirilən ödənişlərin sayı bu ay 40 milyona yaxınlaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30 dəfədən çox artım deməkdir. Hazırda AzQR ödənişləri bankların və bir sıra fintech şirkətlərinin mobil tətbiqlərində istifadəyə verilib. Eyni zamanda, ölkədə fəaliyyət göstərən geniş POS-terminal şəbəkəsində də AzQR ödənişləri dəstəklənir. Həmçinin, AzQR ödənişləri biznes subyektləri üçün daha aşağı komissiya xərcləri və vəsaitlərin dərhal hesablaşması kimi üstünlüklər yaradır".

İlahə Səlimova AMB AÖS Əfqan Abbasov

Mənbə: apa.az

Xəbər Lenti