Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 12:22
Ötən il qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində AzQR sistemi bazara təqdim olunub. Hazırda Azərbaycanda 100 mindən çox POS-terminal QR ödənişlərini dəstəkləyir.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
"Bununla bazara həm fintech şirkətlərinin aktiv istifadə edə biləcəyi, həm də sahibkarlar üçün daha aşağı xərcli ödəniş həlli təqdim olunub. Eyni zamanda, istifadəçilər üçün ölkənin qanunvericiliyinə və bazarın tələblərinə uyğun müasir ödəniş aləti formalaşdırılıb.
Onun sözlərinə görə, dünyada da QR ödənişlərinin tətbiqi sürətlə genişlənir:
"Hazırda Azərbaycanda dinamik QR həlli tətbiq olunur, növbəti mərhələdə isə statik QR kodlarının istifadəyə verilməsi planlaşdırılır. Bu, ən ucqar yaşayış məntəqələrində belə nağdsız ödənişlərin qəbuluna imkan yaradacaq, nağd pula tələbatın azalmasına və nağdsız ödəniş vərdişlərinin formalaşmasına töhfə verəcək. Yeni strateji dövrdə əsas prioritetlərdən biri də vətəndaşlar arasında hesabdan-hesaba (account-to-account) ödəniş mədəniyyətinin inkişaf etdirilməsidir. Hazırda bazarda kartdan-karta köçürmələr geniş istifadə olunsa da, məqsəd istifadəçilərin birbaşa bank hesabları üzərindən ödənişlərə üstünlük verməsidir. Bu model həm banklar, həm müştərilər, həm də sahibkarlar üçün daha əlçatan və operativdir. Ani ödənişlər sistemi vasitəsilə vəsait qarşı tərəfin hesabına dərhal köçürülür və sahibkarlar ödəniş məbləğini anında əldə edə bilirlər. Bu imkanların bazarda daha geniş tətbiqi istiqamətində işlər davam etdiriləcək".
İlahə Səlimova AMB Ramil Mahmudov POS-termina QRMənbə: apa.az