Bazar ertəsi, 29 İyun, 2026
Tarix: 29 Jun 2026 13:01
Qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, lisenziya almaq üçün kifayət qədər sərt və ciddi tələblər müəyyən edilib:
"Həmin tələblərə cavab verməyən təşkilatlar lisenziya ala bilməyəcəklər. Lisenziya əldə etdikdən sonra isə onların fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək. Bu istiqamətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması əsas prioritetlərdən biridir".
O qeyd edib ki, kriptoaktivlər və ümumilikdə kriptobazarda baş verən proseslər innovasiya və yeniliklər gətirsə də, bu sahə eyni zamanda ciddi risklər də daşıyır:
"Buna görə də Mərkəzi Bankın əsas məqsədi yalnız innovasiyaların təşviqi deyil, həm də maliyyə sabitliyinin və təhlükəsizliyin qorunmasıdır. Məhz bu səbəbdən qeyd olunan məsələlər həm qanun layihəsində, həm də sonradan qəbul ediləcək normativ qaydalarda öz əksini tapacaq".
İlahə Səlimova AMB Fidan Tofidi kriptovalyutaMənbə: apa.az