Ötən il 1,8 mlrd. manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb

Ötən il 1,8 mlrd. manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb

Tarix: 30 Jun 2026 11:37

Debitor borclarla bağlı məsələyə konseptual və kompleks baxılmalıdır.

APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2025-ci ildə iri infrastruktur layihələr çərçivəsində qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib:

“Eyni zamanda, ötən il ərzində 1 milyard 797 milyon manat məbləğində keçmiş illərin debitor borcları bağlanılıb. Qeyd edim ki, 2025-ci il ərzində təşkilatların avans qalıqlarına dair məlumatlar tərəfimizdən təhlil edilmiş və həmin məlumatlar əsasında zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən 120 təşkilata müvafiq tapşırıqlar verilib”.

İlkin Naib dövlət büdcəsi debitor borc

Mənbə: apa.az

Xəbər Lenti