FHN: Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-1

FHN: Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-1

Tarix: 30 Jun 2026 15:14

Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:02

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonunda “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür.

İlham Əhmədov Göyçay qəza

Mənbə: apa.az

Xəbər Lenti