Çərşənbə axşamı, 30 İyun, 2026
Tarix: 30 Jun 2026 15:49
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Bu barədə "APA-Economics"ə Milli Depozit Mərkəzi (MDM) tərəfindən bildirilib. Qeyd edilib ki, 01 iyul 2026-cı il tarixində AYİB-in buraxdığı, dəyişən faizli və AZİR (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) göstəricisinə indeksləşdirilmiş istiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək. Kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1 643,06 manat təşkil edir.
Qeyd edək ki, dövlət qeydiyyat nömrəsi AZ2001028169 olan, nominal dəyəri 100 min manat təşkil edən istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində uğurla başa çatdırılıb.
Rahim Tarıverdiyev Avropa Yenidənqurma və İnkişaf Bankı AYİB manat istiqraz AZİR kupon ödənişiMənbə: apa.az