"Bitcoin" ucuzlaşmaqda davam edib

"Bitcoin" ucuzlaşmaqda davam edib

Tarix: 01 Jul 2026 08:33

Son 24 saatda kriptovalyuta bazarında əsas aktivlərdə eniş davam edib. "APA-Economics" xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,39% azalaraq 2,05 trilyon dollara düşüb. Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,43% ucuzlaşaraq 59 145,55 dollara enib. Ethereum isə əks istiqamətdə hərəkət edərək 0,54% bahalaşıb və 1 591,59 dollardan ticarət olunub. BNB-nin qiyməti sutka ərzində 0,38% azalaraq 550,33 dollara düşüb. Digər iri kriptovalyutalardan Monero 0,16%, Bittensor isə 1,22% dəyər itirib. Bitcoin Cash isə 3,71% bahalaşaraq günün ən güclü artım nümayiş etdirən aktivlərindən biri olub. Bazar iştirakçılarının əhval-ruhiyyəsini əks etdirən Fear & Greed Index 17 bənd səviyyəsində qalaraq investorlar arasında "ekstremal qorxu"nun davam etdiyini göstərir. Analitiklərin fikrincə, bazardakı qarışıq dinamika investorların riskli aktivlərə ehtiyatlı yanaşması və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin davam etməsi ilə bağlıdır.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti