QDTİB Azərbaycanda günəş elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır

QDTİB Azərbaycanda günəş elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır

Tarix: 01 Jul 2026 11:36

Qara Dəniz Ticarət və İnkişaf Bankını (QDTİB) Azərbaycanda günəş elektrik stansiyalarına investisiya yatırmağı planlaşdırır.

"APA-Economics" xəbər verir ki, bunu Bankın prezidenti Serhat Köksal Bakıda keçirilən QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Gələcəkdə energetika sahəsində günəş elektrik stansiyalarına investisiyaların maliyyələşdirilməsini həyata keçirəcəyik. Hazırda bununla bağlı təfərrüatları açıqlaya bilmərik, lakin danışıqlar davam edir", – deyə S.Köksal bildirib.

Onun sözlərinə görə, QDTİB təkcə energetika deyil, logistika, turizm və təhsil sahələrində də Azərbaycanda həyata keçiriləcək layihələr üçün maliyyə cəlb edəcək.

Rahim Tarıverdiyev QDTİB Serhat Köksal

Mənbə: apa.az

Xəbər Lenti