Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 10:54
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) regionun dayanıqlığını qoruyub saxlayıb.
"APA-Economics" xəbər verir ki, bunu QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev deyib.
O bildirib ki, toplantının Bakıda keçirilməsi Azərbaycanın Bankla sıx əməkdaşlığının, eləcə də regional əməkdaşlıq, bağlantı və dayanıqlı inkişaf istiqamətində ortaq öhdəliklərinin göstəricisidir.
Nazirin sözlərinə görə, QDTİB-nin 2025-ci il üzrə illik hesabatı Qara dəniz regionunun dayanıqlığını nümayiş etdirir. Belə ki, ötən il regionda real ÜDM 2,9% artıb, üzv ölkələrin makroiqtisadi əsasları ümumilikdə qorunub, altı ölkə üzrə ümumilikdə doqquz suveren kredit reytinqi yüksəlib və heç bir reytinq aşağı salınmayıb.
Sahil Babayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, fiskal dayanıqlığın gücləndirilməsi, rəqəmsal transformasiya və özəl sektorun inkişafı istiqamətində islahatları davam etdirir. O əlavə edib ki, ölkə nəqliyyat və bağlantı layihələrinə yatırımlar hesabına Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da möhkəmləndirir.
Rahim Tarıverdiyev QDTİB Sahil Babayev Qara dənizMənbə: apa.az