Hesablama Palatası: Dövlət satınalmalarının sayı 52%, məbləği isə 43% artıb

Hesablama Palatası: Dövlət satınalmalarının sayı 52%, məbləği isə 43% artıb

Tarix: 01 Jul 2026 12:21

Azərbaycan Respublikası Qanununun yeni redaksiyada 2024-cü ildə qüvvəyə minməsi fonunda dövlət satınalmaları üzrə 2023–2025-ci illəri əhatə edən müqayisəli təhlil göstərir ki, qeyd edilən dövrdə satınalmaların həm say göstəricilərində, həm də ümumi məbləğində əhəmiyyətli artım dinamikası müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

"2023-cü illə müqayisədə 2025-ci ildə satınalmaların sayı təxminən 52%, ümumi məbləğ isə 43% artım göstərib. Bu artım dövlət satınalmalarının həcminin genişləndiyini və büdcə xərclərinin icrasında satınalma mexanizmlərinin rolunun gücləndiyini göstərir," - deyə o qeyd edib.

İlahə Səlimova Hesablama Palatası dövlət satınalmaları tender

Mənbə: apa.az

Xəbər Lenti