HP: Satınalmalar dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biridir

HP: Satınalmalar dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biridir

Tarix: 01 Jul 2026 12:18

Dövlət satınalmaları dövlət maliyyəsinin ən strateji xərcləmə alətlərindən biridir.

"APA-Economics" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, satınalmaların keyfiyyəti ölkənin iqtisadi inkişafına, fiskal dayanıqlığına və ictimai rifahına birbaşa təsir göstərir:

"Nəzərə alsaq ki, dövlət satınalmalarının ÜDM-ə və dövlət büdcəsi xərclərinə nisbət göstərici mühüm indikator hesab edilir və əksər ölkələrdə dövlət satınalmalarına ÜDM-in 10-20%-i, dövlət büdcəsi xərclərinin isə 30-50%-ə qədəri yönəldilir, bu baxımdan da satınalmaların keyfiyyəti bütövlükdə dövlət maliyyəsinin səmərəliliyini müəyyən edən əsas amillərdən biridir.

Dövlət satınalmaları vasitəsilə dövlətin təsir sərhədlərini müəyyən edən bu göstəricilərlə yanaşı, iqtisadi artımın mühüm aləti olması, satınalmaların keyfiyyətinin dövlət xidmətlərinin keyfiyyətinə birbaşa təsir göstərməsi, dövlət satınalmalarının büdcə vəsaitlərinin səmərəli idarə edilməsinin əsas mexanizmlərindən biri olması bu alətin əhəmiyyətini və bu alətə diqqəti daha da vacib edir", - deyə o əlavə edib.

İlahə Səlimova Hesablama Palatası Vüqar Gülməmmədov ÜDM

Mənbə: apa.az

Xəbər Lenti