Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 13:12
2020-ci ildə ümumi həcmi 6,6 milyard manat olan dövlət satınalmaları 2025-ci ildə 1,6 dəfə artaraq 10,8 milyard manata çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun İllik Toplantısında bildirib.
Onun sözlərinə görə, dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır: "Dövlət qurumlarının mal, iş və xidmətlərə tələbatının artması biznes subyektlərinin gəlirlərini yüksəldir, istehsal və xidmət sektorlarında dövriyyəni artırır. Nəticədə, özəl sektorun inkişafı sürətlənir və iqtisadi artıma əlavə töhfə verilir".
Sədr onu da qeyd edib ki, 2025-ci ildə 2000-dən çox satınalan təşkilat tərəfindən keçirilmiş 19 min satınalmada 9 minə yaxın təchizatçı iştirak edib:
"Bu göstərici dövlət satınalmalarının geniş iştirakçılıq əsasında həyata keçirildiyini, biznes subyektləri üçün bazara çıxış imkanlarını artırdığını və rəqabət mühitinin dayanıqlı inkişaf etdiyini göstərir. Təchizatçıların sayının çox olması dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına, qiymət və keyfiyyət baxımından daha əlverişli təkliflərin formalaşmasına şərait yaradır".
İlahə Səlimova Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elnur Bağırov INTOSAI dövlət satınalmalarıMənbə: apa.az