Çərşənbə, 1 İyul, 2026
Tarix: 01 Jul 2026 17:02
Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyun ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 229 kiloqram 974 qram narkоtik vasitə və 9200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (6 halda pilotsuz uçuş aparatı vasitəsilə 47 kiloqram 6 qram narkotik vasitə və 2000 ədəd psixotrop həb) dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 830 min 558 manat оlan qaçaqmal, о cümlədən, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.
DSX. sərhəd qaçaqmal









Mənbə: apa.az