Ukraynada daha bir azərbaycanlı həyatını itirib

Ukraynada daha bir azərbaycanlı həyatını itirib

Tarix: 02 Jul 2026 21:18

Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində daha bir Azərbaycan vətəndaşı həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.

O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.

O, diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib. Mərhumun meyitinin bu gecə Azarbaycana gətiriləcəyi və səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir.

Zahid Abışov Ukrayna Xarkov

Mənbə: apa.az

Xəbər Lenti