Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 10:28
2026-cı ilin ilk yarısında Azərbaycanın Avropa İttifaqına (Aİ) təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3% və ya 0,2 milyard kubmetr artıb.
APA-Economics xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA, BEA) hesabatında bildirilir.
Hesabata əsasən, eyni dövrdə Şimali Afrika ölkələrindən Avropa İttifaqına boru kəmərləri ilə qaz tədarükü 5% və ya 0,8 milyard kubmetr artıb.
BEA-nın məlumatına görə, 2026-cı ilin ilk yarısında Rusiyanın Avropa İttifaqına boru kəmərləri ilə qaz ixracı da illik müqayisədə 5% və ya 0,4 milyard kubmetr artıb.
Hesabatda qeyd olunur ki, 2026-cı ilin ilk yarısında Rusiyanın boru kəmərləri ilə nəql etdiyi qazın Avropanın qaz tələbatında payı təxminən 8% təşkil edib.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Emil İsmayılov IEA BEA Azərbaycan TAP Aİ Rusiya qaz ixracıMənbə: apa.az