Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 18:10
ABB 10 iyul 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə start verir. Bu mərhələdə Bank kapital bazarına 7-ci istiqraz buraxılışını təqdim edəcək. Emissiyanın ümumi həcmi 5 000 000 AZN-dir.
İstiqrazların nominal dəyəri 100 AZN, valyutası Azərbaycan manatıdır. 24 ay müddətinə buraxılan istiqrazlar üzrə illik kupon dərəcəsi 10%-dir. Emissiya faizli və təmin edilməmiş istiqrazlar kateqoriyasına aiddir.
Kupon ödənişləri aylıq həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi abunə yazılışı üsulu ilə aparılacaq. Abunə müddəti 3 təqvim həftəsi davam edəcək.
Emissiya üzrə anderrayter və market-meyker funksiyalarını “ABB İnvest” həyata keçirir.
ABB bu emissiya ilə kapital bazarında davamlı aktivliyini daha da gücləndirməyi, investorlara isə sabit gəlirlilik potensialına malik, əlçatan və etibarlı investisiya aləti təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, Bankın 2026-cı ilin iyun ayında həyata keçirdiyi əvvəlki istiqraz emissiyası da uğurla başa çatıb. Ümumi həcmi 10 milyon AZN olan buraxılış tam yerləşdirilib, investorlardan daxil olan sifarişlərin həcmi isə təklifi təxminən iki dəfə üstələyib. Bu da ABB istiqrazlarına olan yüksək marağın növbəti dəfə təsdiqidir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
***
12.42
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC 5 milyon manat həcmində yeni istiqraz emissiyası həyata keçirəcək.
"APA-Economics" xəbər verir ki, BFB Listinq Komitəsinin 8 iyul 2026-cı il tarixli qərarı ilə bankın AZ2009004584 ISIN kodlu istiqrazlarının ticarətə buraxılmasına icazə verilib.
Məlumata görə, istiqrazlara abunə yazılışı 10 iyul 2026-cı il tarixində başlayacaq və 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Qiymətli kağızların yerləşdirilməsi isə 4 avqust 2026-cı il tarixində həyata keçiriləcək.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxılır. Beləliklə, emissiyanın ümumi həcmi 5 milyon manat təşkil edir.
İstiqrazların illik gəlirliliyi 10% müəyyən edilib. Faiz gəlirləri istiqrazların ilk yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir investorlara ödəniləcək. İstiqrazların tədavül müddəti isə 2 il olacaq.
İstiqrazların anderrayteri "ABB-İnvest" İnvestisiya Şirkəti QSC-dir.
Rahim Tarıverdiyev ABB istiqraz birja BFB bank
Mənbə: apa.az