Kriptovalyutalar bahalaşıb – “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır

Kriptovalyutalar bahalaşıb – “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır

Tarix: 10 Jul 2026 07:41

Son 24 saat ərzində kriptovalyuta bazarında əsasən müsbət dinamika qeydə alınıb. “APA-Economics” xəbər verir ki, ən böyük kriptovalyuta olan Bitcoin (BTC) 2,96% bahalaşaraq 63 811,42 ABŞ dollarına yüksəlib. Qızıl əsaslı tokenlərdən PAX Gold (PAXG) 1,53% artaraq 4 115,91 ABŞ dollarına, Tether Gold (XAUt) isə 1,44% bahalaşaraq 4 108,92 ABŞ dollarına çatıb. Altkoinlər arasında Ethereum (ETH) 2,20% artaraq 1 769,68 ABŞ dollarına, BNB 1,23% bahalaşaraq 574,19 ABŞ dollarına, Bitcoin Cash (BCH) isə 3,76% yüksələrək 241,95 ABŞ dollarına satılıb. Digər əsas kriptovalyutalardan Monero (XMR) 0,68% ucuzlaşıb, Bittensor (TAO) isə 5,52% bahalaşıb. Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,19 trilyon ABŞ dollarına yüksələrək son 24 saatda 2,45% artıb. Analitiklərə görə, bazardakı yüksəlişə əsasən investorların riskli aktivlərə marağının artması və “Bitcoin”lə yanaşı digər iri kriptovalyutalara tələbin güclənməsi təsir göstərib.

Rahim Tarıverdiyev

Mənbə: apa.az

Xəbər Lenti