Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 09:39
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti son ticarət sessiyasında 3 dollara yaxın ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,98 dollar və ya 3,6% ucuzlaşaraq 79,09 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,07 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Rahim Tarıverdiyev neft birja Azeri Light AzərbaycanMənbə: apa.az