IMF: Qafqaz və Mərkəzi Asiyada əlverişli iqtisadi artım meyilləri davam edəcək

IMF: Qafqaz və Mərkəzi Asiyada əlverişli iqtisadi artım meyilləri davam edəcək

Tarix: 10 Jul 2026 09:22

Beynəlxalq Valyuta Fondu (IMF) bildirir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri əlverişli iqtisadi artım amillərinin təsiri altında inkişafını davam etdirəcək.

APA-Economics xəbər verir ki, bu barədə IMF-in yenilənmiş qlobal iqtisadi proqnozunda qeyd olunub.

Hesabata görə, Yaxın Şərq və Mərkəzi Asiya regionunda iqtisadi artım 2026-cı ildə 0,7%-ə qədər kəskin zəifləyəcək, 2027-ci ildə isə 6,5%-ə yüksələcək. Bu, aprel proqnozu ilə müqayisədə 2026-cı il üzrə 1,2 faiz bəndi aşağı, 2027-ci il üzrə isə 1,9 faiz bəndi yuxarı düzəliş deməkdir.

IMF bunu Hörmüz boğazının əvvəlki proqnozlarda nəzərdə tutulduğundan daha uzun müddət bağlı qalacağı və sonradan iqtisadi aktivliyin daha güclü bərpa olunacağı fərziyyəsi ilə əlaqələndirib.

Fondun qiymətləndirməsinə görə, enerji hasilatı və daşınmasındakı fasilələrdən ən çox təsirlənən əmtəə ixracatçıları olan İraq, Küveyt və Qətər 2026-cı ildə iqtisadi daralma yaşayacaq, 2027-ci ildə isə ikirəqəmli artım qeydə alacaq.

Səudiyyə Ərəbistanının daha şaxələndirilmiş ixrac marşrutlarına malik olması səbəbindən bu prosesdən nisbətən az təsirlənəcəyi gözlənilir. Ölkə üzrə iqtisadi artımın 2026-cı ildə 1,7%, 2027-ci ildə isə 5,5% olacağı proqnozlaşdırılır.

İran üzrə isə 2026-cı il üçün iqtisadi artım proqnozu aprel ayı ilə müqayisədə 0,7 faiz bəndi yaxşılaşdırılaraq mənfi 5,4%-ə yüksəldilib. Buna səbəb kimi mart-aprel aylarında neft ixracının gözləniləndən yaxşı nəticə göstərməsi və ölkənin ixracına tətbiq olunan bəzi məhdudiyyətlərin yumşaldılması göstərilir. Eyni zamanda, 2027-ci il üzrə proqnoz 0,3 faiz bəndi aşağı salınıb.

BVF əlavə edib ki, Yaxın Şərq və Şimali Afrikada enerji idxalçısı olan ölkələr yüksək enerji və ərzaq qiymətlərinin yaratdığı təzyiqlərə baxmayaraq nisbətən dayanıqlı qalacaq.

Rahim Tarıverdiyev BVF IMF Qafqaz Mərkəzi Asiya iqtisadi artım proqnoz

Mənbə: apa.az

Xəbər Lenti