Cümə, 10 İyul, 2026
Tarix: 10 Jul 2026 08:57
Dünya neft bazarında qiymətlər artıb. “APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçersləri əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,44% bahalaşaraq 72,40 ABŞ dolları/barelə yüksəlib. Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,37 ABŞ dolları və ya 0,48% artaraq 76,67 ABŞ dolları/barel təşkil edib. Neft qiymətlərindəki artıma bazarda tədarük riskləri ilə bağlı narahatlıqların davam etməsi və qlobal tələbatın sabit qalacağına dair gözləntilər dəstək verir.
Rahim TarıverdiyevMənbə: apa.az