Hesablama Palatasına yeni səlahiyyət verilir

Hesablama Palatasına yeni səlahiyyət verilir

Tarix: 10 Jul 2026 11:18

Hesablama Palatasına yeni səlahiyyət verilir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatası haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsinə və icrasına, həmçinin müvafiq qanunların layihələrinə və illik hesabatlara da rəy verəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Firuzə Vahid Hesablama Palatası

Mənbə: apa.az

Xəbər Lenti